Polşa tarixi bəyannaməni alqışladı 

09:21 10.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Polşa Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan liderləri arasında tarixi bəyannamənin imzalanmasını böyük məmnunluqla qarşılayıb.

Hafta.az xəbər verir ki, müvafiq məlumat Polşa Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.

Nazirlik bildirib ki, ABŞ-nin dəstəyi ilə əldə edilən razılaşma regionda suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında sabitliyin təmin edilməsinə və davamlı sülhün bərqərar olmasına yol açır.